Bank Of Baku

Kabildə televiziya stansiyasına hücum olub, ölən və yaralananlar var

Kabildə televiziya stansiyasına hücum olub, ölən və yaralananlar var
# 07 noyabr 2017 08:36 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə yerli “Shamshad” televiziya stansiyasında partlayış törədilib.

 

APA-nın xəbərinə görə, bu barədə yerli 1TV telekanalı məlumat yayıb.

 

Bildirilir ki, terrorçu-kamikadze öncə içəridə özünü partladıb, sonra isə polis geyimində olan iki silahlı şəxs televiziya stansiyasına hücum edib.

 

Televiziya əməkdaşı Haşmat Stanikzai bildirib ki, hadisə nəticəsində çoxlu sayda ölü və yaralı var.

 

“Taliban” hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR