Bank Of Baku

Rusiyada helikopter qəzası baş verib, üç nəfər ölüb

Rusiyada helikopter qəzası baş verib, üç nəfər ölüb
# 03 may 2016 09:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Kamçatka vilayətində “Robinson-44” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka Vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.

Qəzanın baş verdiyi ərazidə 3 nəfərin cəsədi tapılıb. Axtarışlar davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyindən onu da əlavə ediblər ki, bu model helikopter 4 nəfər yerlikdir.

 

Kamçatka regional axtarış-xilasetmə bazasından bildirilib ki, helikopterin uçuş üçün qeydiyyatı olmayıb.

 

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR