Bank Of Baku

Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 19 iyul 2018 00:48 (UTC +04:00)

İraqın şimalında, Kərkük şəhərində ardıcıl beş partlayış baş verib.

 

APA-nın məlumatına görə, bu barədə "əs-Suməriyə"” telekanalı xəbər verib.

 

Məlumata əsasən, Bağdada gedən yolda,  Kərkuk administrasiyası yaxınlığında iki əldəqayırma partlayıcı qurğu işə salınıb. Şəhərin Əl-Hürriyə rayonunda iki səs qumbarası partladılıb. Daha bir partlayış uşaq poliklinikasının yaxınlığında törədilib.

 

Son məlumatlara əsasən, seriya partlayışlar nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

 

***

 

23:25

 

İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR