Hindistanın Cammu və Kəşmir ştatında baş verən partlayış nəticəsində azı 4 polis ölüb.
APA-nın məlumatına görə, bu barədə ştat polisinin “Twitter” hesabında məlumat verilib. Hadisə Sopor şəhərindəki bazarda yerli vaxtla saat 10:20-də qeydə alınıb.
Partlayış əldə düzəldilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.