Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketlərə quraşdırıla biləcək hidrogen döyüş başlığına baxış keçirib. APA-mım “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Şimali Koreya liderinin sözlərinə görə, hidrogen bombanın bütün komponentləri ölkədə istehsal olunub.
Xəbər verildiyi kimi, Şimali Koreya avqustun 29-da “Xvason-12” tipli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Təlimlərdə KXDR lideri Kim Çen In şəxsən iştirak edib.
Qeyd edək ki, Şimali Koreyaya məxsus raket Yaponiya üzərindən uçub keçərək Sakit okeana, Hokkaydo adasından 1180 km şərqə düşüb.