Bank Of Baku

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının mütəxəssisləri Suriyaya yola düşəcək

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının mütəxəssisləri Suriyaya yola düşəcək
# 10 aprel 2018 20:35 (UTC +04:00)

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının  (KSQT) mütəxəssislərdən ibarət qrupu kimyəvi silahdan istifadə edilməsinə dair iddiaları araşdırmaq üçün Suriyanın Duma şəhərinə yollanacaq.  

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında dərc edilmiş məlumatda bildirilir.

 

“KSQT-in texniki katibliyi Suriya hökumətindən ölkə ərazisində ekspertlər qrupunun normal fəaliyyəti üçün lazımi tədbirlər görməyi xahiş edib”, - deyə məlumatda bildirilir.  

 

Mütəxəssislərin yaxın zamanda Suriyaya yola düşəcəyi gözlənilir.

 

Bundan əvvəl Fransa XİN-i Suriyada hücum zamanı xlordan istifadə edildiyini iddia edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR