Bank Of Baku

Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 30 dinc sakin ölüb

Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 30 dinc sakin ölüb
# 06 iyun 2017 00:33 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Rakka şəhəri yaxınlığında endirdiyi  zərbə nəticəsində azı 30 dinc sakin ölüb.

 

APA-nın məlumatına görə, bu barədə Livanın “Al Mayadeen ” telekanalı xəbər verib.

 

Məlumata görə, Rakka şəhərini tərk etməyə çalışan insanlar hava zərbələrinə məruz qalıblar.

 

İyunun 3-də beynəlxalq koalisiyanın  Rakka şəhərində yaşayış binasına endirdiyi aviazərbə  nəticəsində 43 dinc sakin ölüb.

 

Qeyd edək ki, Hələbdən 160 km cənub-şərqdə yerləşən Rakka şəhəri 2013-cü ildən İSİD terror qruplaşmasının nəzarəti altındadır. Şəhərdə 4 minə yaxın silahlının olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR