Bank Of Baku

KXDR ölkənin şərqində “Skad” tipli ballistik raketlərin buraxılması üçün əlavə iki qurğu quraşdırıb

KXDR ölkənin şərqində “Skad” tipli ballistik raketlərin buraxılması üçün əlavə iki qurğu quraşdırıb
# 21 aprel 2013 04:44 (UTC +04:00)

Bakı-APA. KXDR ölkənin şərq sahilində “Skad” tipli ballistik raketlərin buraxılması üçün iki mobil qurğu quraşdırıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Koreya Respublikasının müdafiə nazirliyinin nümayəndələri məlumat verib.  

 

Aprelin əvvəlində KXDR ölkənin şərqində raket buraxılması üçün 7 mobil qurğu quraşdırıb.  Kosmik kəşfiyyat ölkənin şərqində o zaman mobil qurğuların yerdəyişməsini qeydə alıb.

 

Aprelin 16-da kosmik kəşfiyyatın əldə etdiyi yeni məlumatlara əsasən, Xamqon Namdo vilayətində 300-400 km məsafəni qət edə biləcək “Skad” tipli raketlər üçün nəzərdə tutulmuş 2 mobil qurğu aşkar edilib. “Rönhap” agentliyi qeyd edir ki, bu məlumatlar rəsmi Pxenyanın raket sınaqları keçirtmək niyyətindən dönmədiyini təsdiqləyir. “Cənubi Koreyanın Silahlı Qüvvələri KXDR-in raket buraxılışına hazırlıqlarını diqqətlə izləyir”, deyə Koreya Respublikasının müdafiə nazirliyinin nümayəndəsi qeyd edib.   

 

KXDR-in şərqində hal-hazırda 4 min km məsafəni qət edə biləcək “Musudan” tipli raketlər də daxil olmaqla  10-dək müxtəlif tipli ballistik raketlər quraşdırılıb.

 

Bu raketlər Yaponiyanın və ABŞ-ın Quam adasında bütün hədəfləri vurmaq qabiliyyətinə malikdir. Yaponiya və Cənubi Koreyanın Silahlı Qüvvələri aprelin 10-dan yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR