Bank Of Baku

Livan Tripolisində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Livan Tripolisində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb
# 23 avqust 2013 18:02 (UTC +04:00)

Bakı-APA. Livanın Tripoli şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə “Əl-Arabiya” telekanalına Livandakı Qırmız Xac Cəmiyyətindən bildiriblər.

 

Son məlumatlara görə, partlayışlar nəticəsində 500-ə yaxın adam yaralanıb. Bundan əvvəl 27 nəfərin öldüyü, 358 nəfərin yaralandığı bildirilirdi.

 

Dəqiqləşdirilmiş məlumatlara əsasən, partlayıcı qurğular Əl-Takva və Əl-Salam məscidləri önündə dayanan avtomobillərdə yerləşdirilib. Onlar 5 dəqiqəlik ardıcıllıqla işə salınıb. Partlayışlar cümə namazı bitən vaxt baş verib.

 

Qeyd edək ki, Tripoli Livanın liman şəhəridir. Yerli əhalinin əsasını sünnilər təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR