Bank Of Baku

Livanda dini zəmində toqquşmalarda 17 nəfər həlak olub

Livanda dini zəmində toqquşmalarda 17 nəfər həlak olub
# 11 dekabr 2012 04:49 (UTC +04:00)

APA-Bakı. Livanın Tripoli şəhərində artıq 10 gündür davam edən toqquşmalarda 17 nəfər dinc sakin həlak olub, 150-dək insan xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bazar ertəsi dini zəmində baş verən münaqişəni Livan ordusunun xüsusi təyinatlı hissələrinin müdaxiləsi ilə dəf etmək mümkün olub. Yerli KİV-lərin məlumatına görə, şəhərdə həyat getdikcə öz məcrasına qayıdır.

 

İğtişaşlara səbəb qonşu Suriyada baş verən hadisələr olub. Barrikadaların bir tərəfində rəsmi Dəməşqi dəstəkləyən ələvilər (Suriya prezidenti Bəşər Əsəd və onun bir çox silahdaşları da ələvilərdi), qarşı düşərgədə isə, əsasən, Suriya islamçılarını dəstəkləyən sünnilər cəmləşib.

 

Hökumətin qarşıdurmanı dayandırmaq çağırışı ilkin mərhələdə nəticə verməyib. Münaqişəni yalnız Livan Müdafiə Şurasının orduya güc tətbiq etməyə icazə verdikdən sonra dayandırmaq mümkün olub.

 

Dəməşqin Suriyada həlak olan “islamçı könüllülərin” meyitlərini Livandan olan ailələrinə vermək barədə razılığı qarşıdurmanı bir qədər zəifləmişdi. Livan KİV-lərin məlumatına görə, bir qrup muzdlu noyabrın 30-da Suriya xüsusi təyinatlıların Təl-Kallah şəhərinin yaxınlığında qurduğu pusquya düşmüş, nəticədə 22 nəfərədək livanlı həlak olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR