Bank Of Baku

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb - YENİLƏNİB-1

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 28 iyun 2017 21:21 (UTC +04:00)

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

 

Məlumata əsasən, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan  BMT əməkdaşları Tripoliyə yollanıb. 

 

***

 

22:34

 

Liviyada BMT missiyasının əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

 

Bu gün silahlılar Tunisdən Liviyanın Əz-Zəviyyə şəhərinə, qeyri-qanuni miqrantların yerləşdirildiyi  mərkəzləri təftiş etməyə gedən 7 BMT əməkdaşını girov götürüblər. 

 

***

 

21:14

 

Liviyada “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar BMT missiyasının üzvlərini əsir götürüb.

 

APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.

 

Məlumata əsasən, hadisə Tripolidən 45 km qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR