Bank Of Baku

Mahmud Abbas: İsrail BMT-də Fələstinin nüfuzuna zərbə vurmağa çalışır

Mahmud Abbas: İsrail BMT-də Fələstinin nüfuzuna zərbə vurmağa çalışır
# 17 noyabr 2012 04:48 (UTC +04:00)

Bakı-APA. İsrailin hərəkətləri Fələstinin BMT-dəki nüfuzunun ləkələnməsinə yönəlib. Fələstin muxtariyyətinin lideri Mahmud Abbas belə bir bəyanatla çıxış edib.

 

«İsrail qanlı müharibəyə başlamaq istəyir. Yeganə məqsəd isə BMT-nin nəzərində Fələstinin nüfuzunu aşağı salmaqdır. Hesab edirik ki, İsrailin hərəkətləri birbaşa Fələstin xalqının maraqlarına zərbə vururlar», deyə o bildirib.

 

Hazırda BMT Fələstinin bu təşkilatda müşahidəçi dövlət statusu almaq barədə müraciətini nəzərdən keçirir.

 

Noyabrın 14-dən etibarən İsrail Qəzza zolağına hücuma başlayıb. Əməliyyatın başlanmasına səbəb kimi Qəzzadakı silahlıların İsraili mütəmadi atəşə tutmaqları göstərilir. Əməliyyat nəticəsində HƏMAS hərəkatının hərbi qanadının şefi Əhməd əl-Cabari öldürülüb.

 

ABŞ Qəzzadakı əməliyyatı dəstəkləyib. Türkiyə isə İsraildən dərhal əməliyyata son qoymağı tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR