Bakı-APA. Malayziyada göyərtəsində hakimiyyət nümayəndələrinin olduğu helikopter radarlardan itib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insidentlə əlaqədar xilasetmə-axtarış tədbirlərinə başlanılıb.
Məlumata görə, helikopterin göyərtəsində aqrar sənaye nazirinin müavini və parlamentin bir neçə deputatı olub.
İnsident Saravak ştatında, Borneo adasında baş verib.