Malayziyada dini məktəbdə yanğın baş verib.
APA-nın “Star News”a istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Kuala-Lumpurda yerləşən məktəbdə yanğın zamanı azı 25 nəfər ölüb.
Ölənlərin arasında şagird və müəllimlərin olduğu bildirilir.
Hadisə bu gün səhər saatlarında baş verib.
Qeyd edək ki, ölkənin Yanğından Xilasetmə qurumu qeydiyyatdan keçməmiş və özəl dini məktəblərdə yanğın təhlükəsizliyi tədbirlərinin səviyyəsindən narahat olduğunu, 2015-ci ildən bu günə qədər onlara bu məktəblərdə baş verən yanğınlarla bağlı 211 çağırış daxil olduğunu bəyan edib.