Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə yola düşüb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla İranın nüvə proqramı barədə müzakirələri aparmaqdır.
Qeyri-rəsmi xarakter daşıyan danışıqlar iki gün davam edəcək.
M. C. Zərif və K. Eşton bu gün axşam Bakı vaxtı ilə 22:00-da İranın İstanbuldakı Baş Konsulluğunda işgüzar şam yeməyində bir araya gələcəklər.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş iyunun 16-20-da Vyanada keçiriləcək. Tərəflər arasında mövcud olan fikir ayrılıqlarına görə indiyədək yekun razılaşmanın mətninin yazılması müümkün olmayıb.