Bank Of Baku

Mərziyyə Əfxəm: “İranın Lokerbi faciəsi ilə bağlı heç bir əlaqəsi yoxdur”

Mərziyyə Əfxəm: “İranın Lokerbi faciəsi ilə bağlı heç bir əlaqəsi yoxdur”
# 11 mart 2014 11:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın Lokerbi faciəsi ilə bağlı heç bir əlaqəsi yoxdur.

 

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumatına görə, bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Mərziyyə Əfxəm bildirib. 

 

O qeyd edib ki, İran terrorçuluğun istənilən formasına qarşı qətiyyətlə çıxış edir: “İranın bu məsələdə istənilən iştirakı bizim tərəfimizdən təkzib olunacaq”.

 

Qeyd edək ki, 1988-ci il dekabrın 25-də Frankfurtdan Detroyta uçan “Pan-Am” aviaşirkətin təyyarəsi Şotlandiyanın Lokerbi şəhəri üzərində liviyalı terrorçunun təyyarə göyərtəsinə keçirdiyi bomba nəticəsində partladılıb. Terror aktı nəticəsində 270 nəfər həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR