Bank Of Baku

Məşhəddə partlayış nəticəsində 3 nəfər ölüb

Məşhəddə partlayış nəticəsində 3 nəfər ölüb
# 08 aprel 2016 12:22 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İranın Məşhəd şəhərində bu gün baş vermiş partlayışda 3 nəfər ölüb, 7 nəfər yaralanıb.


APA-nın İran bürosunun məlumatına görə, hadisə Məşhəd şəhərinin  Bəhmən küçəsində yerləşən yaşayış evində baş verib.
 

Yaralananların bir neçəsinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ev tamamilə dağılıb. Bundan başqa, ətrafdakı 3 evdə də dağıntılar olub, 20 evin isə şüşələri sınıb.
 

Partlayış nəticəsində evin kənarında park edilmiş 3 avtomobilə ziyan dəyib.
 

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR