Bank Of Baku

Mirhüseyn Musəvi: “Ev dustaqlığında saxlanıldığım müddətdə heç bir yazılı mesaj, məktub və qəzet əlimə çatmır”

Mirhüseyn Musəvi: “Ev dustaqlığında saxlanıldığım müddətdə heç bir yazılı mesaj, məktub və qəzet əlimə çatmır”
# 02 may 2014 06:52 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Musəvi ev dustaqlığında saxlanıldığı müddətdə heç bir yazılı mesaj, məktub və qəzetin əlinə çatmadığını deyərək, bu səbəbdən Mohiyəddin Haeri Şirazinin məktubuna cavab verə bilmədiyini bildirib.

 

Qeyd edək ki, M. H. Şirazi əvvəllər Şiraz şəhərinin imamcüməsi olub və hazırda İranın ali dini lideri, ayətullah Əli Xamneyinin ofisində işləyir. O, Musəvi və Kərrubiyə ünvanladığı məktubunda 2009-cu il mübahisəli prezident seçkilərindən sonrakı etirazları kül altında od kimi xarakterizə edib. Eyni zamanda M. H. Şirazi məktubunda onların iki əməlini və mövqeyini tənqid edərək, ölkə müxalifətinin liderlərindən öz səhvlərini qəbul etmələrini istəyib.   

 

Xatırladaq ki, Musəvi aprelin 29-da ürəyindəki nasazlığa görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehranın Kardiologiya Xəstəxanasına köçürülüb və ailə üzvlərinin iştirakı olmadan angioqrafiya edilib. O, aprelin 30-da günorta saatlarında isə yenidən ev dustaqlığına salınıb və ona qızları ilə görüşə icazə verilib. Musəvi davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. O, həyat yoldaşı Zəhra Rəhnəvərdə birlikdə dörd ilə yaxındır ev həbsində tutulur. Eyni zamanda İran müxalifətinin digər lideri Mehdi Kərrubi də bu ilin yanvarından etibarən ETTELAAT-ın xüsusi təcridxanasından ev həbsinə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR