Bank Of Baku

İranda azərbaycanlı fəal həbs olunub

İranda azərbaycanlı fəal həbs olunub
# 24 avqust 2013 02:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Əkbər Əbulzadə avqustun 23-də Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü qeyd etmək üçün Savalan dağında keçirilən tədbirə gedib. Lakin yerli vaxtla saat 09:00-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Əhər-Meşkinşəhr (Xiyov) yolunda saxlanılıb.

 

Hazırda onun harada olması ilə bağlı heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, avqustun 23-də yerli vaxta saat 11:00-da Ərdəbi-Xiyov yolunda Məhəmməd Xakpur, Səccad Culani, Meysəm Culani, Əhməd Məhəmmədpur və Mürtəza Qüdrəti həbs edilib. Onlar da Savalan dağına getmək istəyib. Bundan əlavə 4 azərbaycanlı fəaldan da xəbər yoxdur. Onların həbs edildiyi ehtimal olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR