Bakı – APA. Misirin “Müsəlman qardaşlar” hərəkatının lideri Məhəmməd Bədii həbs edilib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Misir təhlükəsizlik orqanlarındakı mənbələr M. Bədiinin iyulun 4-də gecə Liviya sərhədi yaxınlığındakı Mersa Matruh şəhərində saxlanılaraq hərbi helikopterlə Qahirəyə aparıldığını bildiriblər.
Misir Baş Prokurorluğu M. Bədii, onun müavini Hayrat Şatır və təşkilatın digər öndə gedən simaları haqqında həbs qərarı çıxarıb.