Referendumun ilkin nəticələri elə bu gecə elan olunacaq. Misirin qalan ərazisində isə ümumxalq səsverməsi dekabrın 22-də keçiriləcək. Referendumun iki mərhələdə keçirilməsinə səbəb seçki məntəqələrində növbətçilik etməli olan hakimlərin çatışmazlığıdır. Səsvermə zamanı asayişi 130 min polis və 120 min hərbçi qoruyacaq.
Qeyd edək ki, referendum öncəsi Misirdə hakim “Müsəlman qardaşlar” hərəkatı ilə demokratik müxalifət arasında qarşıdurma son həddə çatıb.