Bank Of Baku

Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının kralı ilə görüşüb

Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının kralı ilə görüşüb
# 17 iyun 2017 02:16 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ər-Riyadda  Səudiyyə Ərəbistanının kral Salman bin Əbdüləziz Al Səudla görüşüb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı tərəflər Qətər ətrafında yaranmış vəziyyəti və digər regional məsələləri müzakirə ediblər.

 

Görüşdən əvvəl Türkiyə XİN rəhbəri bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri dayandırmasından təəssüfünü bildirərək tərəfləri dialoqa çağırıb.

 

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə rəsmi Doha ilə diplomatik münasibətləri kəsib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR