Myanmada sərnişin avtobusun dərəyə aşması nəticəsində 19 nəfər ölüb, 21-i xəsarət alıb.
APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə Myavadi şəhərin yaxınlığında baş verib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına görə, hadisəyə səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub. Sürücü idarəetməni itirib, avtobus dərəyə aşıb.