Myanmarın Laşo şəhərində güclü partlayış baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
İlkin məlumata əsasən, partlayış şəhərdə yerləşən banklardan birində törədilib. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.