Bank Of Baku

NATO-nun baş katibi İran prezidentinin mövqeyini alqışlayıb

NATO-nun baş katibi İran prezidentinin mövqeyini alqışlayıb
# 20 sentyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. NATO-nun baş katibi İran prezidenti Həsən Ruhaninin son günlər səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Anders Foq Rasmussen H.Ruhaninin İranın kütləvi qırğın silahları, o cümlədən nüvə silahı istehsal etmək niyyətində olmaması ilə bağlı mövqeyini alqışlayıb: “İranın nüvə silahı istehsal etmək niyyətində olmadığına zəmanət verməsi çox sevindiricidir. Bu, İranla dünya ictimaiyyəti arasında qarşılıqlı anlaşmanın xeyrinə olacaq. Əgər İranın yeni prezidentindən belə bir işarə varsa, bu tendensiya dünya ictimaiyyəti ilə daha müsbət qarşılıqlı anlaşma üçün olarsa, mən yalnız bunu alqışlaya bilərəm”.

 

A.Rasmussen deyib ki, İran kütləvi qırğın silahları, o cümlədən nüvə silahı istehsal etmək niyyətində olmadığını dəfələrlə bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR