Bakı. Könül Cəfərli – APA. Şimali İraqda Bölgə Kürd Administrasiyasının baş naziri Neçirvan Bərzani İranda səfərdədir.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər İran Xarici İşlər Nazirliyinin dəvəti əsasında noyabrın 11-də gerçəkləşib. Səfər çərçivəsində N. Bərzaninin İran prezidenti Mahmud Əhmədinejad və bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşəcəyi bildirilir.
Xəbərdə yaxın günlərdə İraq kürdlərinin lideri Məsud Bərzaninin də İrana səfər edəcəyi bildirilir.