Bank Of Baku

Nepalda təyyarə qəzasının səbəbi məlum olub

Nepalda təyyarə qəzasının səbəbi məlum olub
# 12 mart 2018 17:15 (UTC +04:00)

Nepalın paytaxtı Katmanduda təyyarə qəzasının baş verməsinə ekipajın səhvi səbəb olub.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Katmandu hava limanının rəhbəri Rackumar Çxetri bildirib.

 

“Şimal istiqamətindən eniş etmək əvəzinə, təyyarə şimal-şərqdən enməyə başlayıb. Laynerin vəziyyəti eniş üçün münasib deyildi”, deyə R.Çxetri vurğulayıb.

 

Qeyd edək ki, bu gün Katmanduda hava limanı yaxınlığında Banqladeşin “US-Banga” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumata əsasən, hadisə nəticəsində 49 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR