Bank Of Baku

Netanyahu: “Beynəlxalq sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vurur”

Netanyahu: “Beynəlxalq sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vurur”
# 11 dekabr 2012 09:53 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “İran İsrail üçün hələ də ciddi təhdiddir və bu ölkə atom bombası istehsal etməyə hər zamankından daha çox yaxındır”. APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ildə İranın nüvə fəaliyyətlərinin qarşısı mütləq alınmalıdır: “Çünki rəsmi Tehran gələn yaz və ya yay aylarına qədər nüvə silahı üçün ehtiyacı olan uranı zənginləşdirəcək”.

 

B.Netanyahu deyib ki, beynəlxalq sanksiyaların İran iqtisadiyyatına ciddi zərər vurduğuna şübhə yoxdur: “Ancaq sanksiyaların İranın nüvə proqramını dayandırdığına dair indiyədək heç bir dəlilə rast gəlməmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR