Bank Of Baku

Netanyahu: “İranın nüvə fəaliyyətləri dünya üçün təhlükədir”

Netanyahu: “İranın nüvə fəaliyyətləri dünya üçün təhlükədir”
# 13 may 2014 15:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrailin baş naziri bir daha İranın nüvə proqramından narahatlığını ifadə edib.

 

 APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Benyamin Netanyahu bildirib ki, İranın nüvə fəaliyyətləri dünya üçün açıq-aşkar təhlükədir: “Ona görə də rəsmi Tehrana nüvə silahına sahib olmasına icazə verilməməlidir. Hazırda Şimali Koreyanın nüvə silahını, ballistik raketləri inkişaf etdirməsinin dünya üçün açıq-aşkar təhlükə olduğunu görmək mümkündür. Mən İran haqda da bu fikrimi səmimi qəlbdən təkrar edirəm. Bu fikir İranın nüvə proqramının statusunu aydın şəkildə ortaya çıxarır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR