Bank Of Baku

Noyabrın 29-da Fələstin «müşahidəçi dövlət» statusunu almaq üçün BMT-yə müraciət edəcək

Noyabrın 29-da Fələstin «müşahidəçi dövlət» statusunu almaq üçün BMT-yə müraciət edəcək
# 12 noyabr 2012 23:50 (UTC +04:00)

Bakı-APA. Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas noyabrın 29-da BMT-də Fələstinə «müşahidəçi dövlət» statusunun verilməsi məsələsini qaldıracağını bəyan edib.

 

«Biz noyabrın  29-da bu məsələni səsverməyə çıxarmaq barədə razılığa gəlmişik. Səsvermədə lazımi səs çoxluğu bizim tərəfimizdə olacaq», deyə Abbas Qahirədə keçirilmiş Ərəb Dövlətləri Liqasının iclasından sonra bildirib.

 

Hazırda fələstinliləri BMT-də «müşahidəçi subyekt» statusuna malik olan Fələstin Azadlıq Təşkilatı təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR