APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, insident müxalifət liderlərindən birinin Multan şəhərində çıxışı zamanı baş verib.
Şəhər təcili yardım xidmətinin nümayəndəsi Pərviz Heydərin bildirdiyinə görə, “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının keçirdiyi mitinqdən sonra tibb müəssislərinə 7 cəsəd və 42 yaralı çatdırılıb. Bir neçə zərərçəkənin vəziyyəti ağır kimi qiymətləndirilir.