Bank Of Baku

Pakistanda törədilən partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Pakistanda törədilən partlayış nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 15 mart 2018 01:29 (UTC +04:00)

Pakistanın Lahor şəhəri yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

 

APA-nın məlumatına görə, bu barədə “Pakistan Today” xəbər verib.

 

Məlumata görə, hadisə zamanı azı 20 nəfər yaralanıb. Partlayışın polis postunda baş verdiyi, ölənlərdən 5-nin asayiş keşikçisi olduğu bildirilir.   

 

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

 

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

***

 

22:45

 

Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla azı 6 nəfər ölüb.

 

İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin versiyaya əsasən, hədəfdə məhz asayiş keşikçiləri olub.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR