Bakı – APA. Pakistanda polislərin olduğu avtobusun partladılması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Kəraçi şəhərində baş vermiş terror aktı zamanı çoxlu sayda yaralanan da olub. Onların sayı 36 nəfərə çatıb.
Şahidlərin bildirdiyinə görə, terrorçu-kamikadze minalanmış avtomobili polis akademiyasının yanında olan avtobusun üstünə sürüb. Həmin vaxt avtobusda 50-55 nəfər sərnişin olub.
Hələlik heç bir terrorçu qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.