Bank Of Baku

Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 hərbçi ölüb

Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 hərbçi ölüb
# 01 mart 2018 03:40 (UTC +04:00)

Pakistanın cənub-qərb bölgəsində  terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 4 hərbçi ölüb, 6-sı yaralanıb.

 

APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə,  terrorçu-kamikadze Kvetta şəhərində hərbi düşərgəyə hücum edib.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir.

 

Bundan əvvəl Kvetta şəhərində silahlılar polis karvanına hücum edib, nəticədə 2 asayiş keşikçisi həyatını itirib. Hücuma görə məsuliyyəti “Tehrik-i-Taliban Pakistan” ("Pakistan talibləri hərəkatı") qruplaşması öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR