Bank Of Baku

Pakistanda terrorçu özünü bazarda partladıb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Pakistanda terrorçu özünü bazarda partladıb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb
# 04 oktyabr 2014 23:41 (UTC +04:00)

Bakı-APA.  Pakistanın qərbində yerləşən Kvetta şəhərində terrorçu-kamikadze bazarda özünü partladıb, nəticədə azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında bir qadın və bir uşaq, yaralananlardan isə 7-si uşaqdır.  

 

Partlayış törədilən zaman bazarda çoxlu insan olub. 

 

Bundan əvvəl Pakistanın Heybər-Paxtunxva əyalətindəki Koxat şəhərində, avtobus dayanacaqlarından birində  törədilən partlayış nəticəsində 6 nəfər ölüb,  17 nəfər yaralanıb.
 
 
 
Partlayış Qurban bayramı ilə əlaqədar mərasimə yollanan dindarların dayanacağa yaxınlaşdığı an baş verib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR