Bank Of Baku

Pakistanda ölüm hökmünə qadağa ləğv olunub

Pakistanda ölüm hökmünə qadağa ləğv olunub
# 17 dekabr 2014 09:43 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Pakistanda ölüm hökmünə qadağa aradan qaldırılıb.

 

APA-nın “Reuters”ə  istinadən verdiyi xəbərə görə, Pakistanın baş naziri Nəvaz Şərif  Nazirlər Komitəsinin bu qadağanın ləğv edilməsi qərarını təsdiq edib.

 

N. Şərif bu addımın ölkədə terrorçuluq dalğasının güclənməsi ilə əlaqədar atıldığını vurğulayıb: “Dünən Peşəvərdə baş vermiş hadisə faciədir. Biz öz uşaqlarımızın amansızcasına qətlə yetirildiyini unutmayacağıq, onların qanı yerdə qalmayacaq. “Taliban”la dialoqda heç bir nəticəyə nail olmadıq və onlarla mübarizə aparmaq qərarına gəldik. Pakistanda terrorçuluğun tamamilə aradan qaldırılmasını istəyirik”.

 

Xatırladaq ki, dünən “Taliban” silahlılarının hərbi məktəbə hücumu nəticəsində 141 nəfər qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR