Bank Of Baku

Pakistanda terrorçuluq fəaliyyətində ittiham olunan 500 nəfər edam ediləcək

Pakistanda terrorçuluq fəaliyyətində ittiham olunan 500 nəfər edam ediləcək
# 22 dekabr 2014 12:32 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Pakistanda terrorçuluq fəaliyyətində ittiham olunan 500 məhkum yaxın günlərdə edam olunacaq.

 

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu qərarı baş nazir Pərviz Şərif taliblərin Peşəvərdəki məktəbə hücumundan sonra verib.

 

Ölkənin daxili işlər nazirliyi 500 məhkumun işini nəzərdən keçirdikdən sonra həmin şəxslərin əfv ərizəsi prezident Məmnun Hüseyn tərəfindən rədd olunub.

 

Həmin şəxslərin edamı yaxın həftələrdə gerçəkləşəcək. Artıq 6 nəfərin edam olunduğu deyilir. Onların arasında sabiq prezident Pərviz Müşərrəfə sui-qəsddə ittiham olunan Rusiya vətəndaşı Axlas Axlak da olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR