Bank Of Baku

Pakistanda zavodda yanğın olub, xəsarət alanlar var

Pakistanda zavodda yanğın olub, xəsarət alanlar var
# 12 may 2018 00:20 (UTC +04:00)

Pakistanın Lahor şəhərində (Pencab əyaləti) elektronika avadanlıqları istehsal edən zavodda güclü yanğın baş verib. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki mağaza və avtomobillərə də yayılıb

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində müəssisənin bir neçə əməkdaşı xəsarət alıb.

 

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.

 

Hadisə yerinə çox sayda yanğınsöndürən briqadaları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR