Bank Of Baku

Pakistanda zəlzələ baş verib, ölən və xəsarət alanlar var

Pakistanda zəlzələ baş verib, ölən və xəsarət alanlar var
# 10 aprel 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-qərbində 6,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 4 nəfər ölüb, azı 27 nəfər xəsarət alıb.

 

Məlumata əsasən, 2 nəfər zəlzələnin əmələ gətirdiyi torpaq sürüşməsi, daha 2 nəfər isə daş hasarının uçması nəticəsində ölüb. Yeraltı təkanlar ölkənin bir neçə əyalətində hiss olunub.

 

ABŞ Geoloji mərkəzinin məlumatına görə, zəlzələnin ocağı Çitral şəhəri yaxınlığında, 210 km dərinlikdə yerləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR