Bakı-APA. Pakistanın hüquq-mühafizə orqanları Pencab əyalətinin paytaxtı Lahor şəhərində yerləşən binaların birində “Əl-Qaidə” beynəlxalq terror təşkilatının “kommunikasiya mərkəzi”ni aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Geo News telekanalı xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb.
Əməliyyat zamanı ehtimal edilən 6 terrorçu saxlanılıb. Onlardan 4-nün qadın olduğu bildirilir. Xüsusi xidmət orqanlarının məlumatına görə, onlar Əfqanıstanda və Pakistanın həmsərhəd qəbilə əyalətlərindəki ekstremistlərlə əlaqəni təmin edirdilər.
Bundan başqa, əməliyyat zamanı silah-sursat aşkar edilərək götürülüb. Hazırda saxlanılan şəxslər dindirilir.