Bank Of Baku

Papua-Yeni Qvineyada 6 maqnitudalı zəlzələ olub

Papua-Yeni Qvineyada 6 maqnitudalı zəlzələ olub
# 04 mart 2018 16:15 (UTC +04:00)

Bu gün Papua-Yeni Qvineyada 6 maqnitudalı zəlzələ olub.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

 

Yerli vaxtla saat 14.34 radələrində baş verən zəlzələnin ocağı Porqera şəhərindən 83 km cənub-qərbdə, 16 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilmir.

 

Qeyd edək ki, keçən həftə Papua-Yeni Qvineyada 7,5 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı Porqera şəhərindən 89 km cənub-qərbdə yerləşib. Zəlzələ nəticəsində ən azı 30 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR