Bank Of Baku

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 80 nəfər ölüb - YENİLƏNİB

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 80 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 05 mart 2018 10:54 (UTC +04:00)

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ nəticəsində 80 nəfər ölüb. 
 

APA-nın "New Zealand" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə Qızıl Xaç təşkilatının yerli qurumunun rəhbəri Udaya Remi məlumat yayıb. 
 

O bildirib ki, zəlzələ nəticəsində 500-ə yaxın insan xəsarət alıb: “Ərazilərin uzaqlığı, yolların dağılması səbəbindən dəqiq informasiya almaq mümkün deyil. Ancaq düşünürəm ki, 143 min nəfər zəlzələnin təsirinə məruz qalıb, 17 min nəfər evlərindən didərgin düşüb”.
 

Qeyd edək ki, fevralın 26-da 7,5 və martın 4-də eyni ərazidə 6 bal gücündə zəlzələ olub.

 

*** 01.33

 

Papua-Yeni Qvineyada 6,0 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Porqera şəhərindən 83 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Bundan əvvəl martın 4-də eyni ərazidə 6,0 maqnitudalı zəlzələ olub. 

 

Qeyd edək ki, fevralın 26-da Papua-Yeni Qvineyada 7,5 maqnitudalı zəlzələ olub.  Təbii fəlakət nəticəsində azı 10 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR