Bakı-APA. Pakistanın Ravalpindi şəhərinin məhkəməsi bu gün keçmiş prezident general Pərviz Müşərrəfin 3 günlük ev dustaqlığı barədə hökm çıxarıb. Qərar 2007-ci ildə baş nazir Bənazir Bhuttonun qətli ilə bağlı proses çərçivəsində çıxarılıb. APA-nın xəbərinə görə, bu barədə Pakistanı Geo News telekanalı məlumat yayıb.
Müşərrəf artıq 2007-ci ildə fövqəladə vəziyyət tətbiq etdiyinə görə, başqa bir iş çərçivəsində mayın 4-dək ev dustağıdır.