Bank Of Baku

PKK, PYD/YPG terrorçuları ilə döyüşlərdə 2 türk hərbçisi həlak olub

PKK, PYD/YPG terrorçuları ilə döyüşlərdə 2 türk hərbçisi həlak olub
# 17 fevral 2018 22:17 (UTC +04:00)

Fevralın 17-də PKK, PYD/YPG terrorçuları ilə döyüşlər zamanı 2 Türkiyə hərbçisi həlak olub, biri isə yaralanıb.

 

APA-nın Türkiyə Baş Qərargahına istinadən verdiyi xəbərə görə, hərbçilərdən biri Suriyanın Afrin bölgəsində aparılan əməliyyat zamanı, digəri isə Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda şəhid olub.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR