Bank Of Baku

Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə ediblər

Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə ediblər
# 12 aprel 2018 01:20 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı B.Netanyahu bildirib ki, rəsmi Tel-Əviv İranın Suriyada hərbi iştirakına imkan verməyəcək.

 

Rusiya prezidenti Suriyanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq ölkədə vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR