Bank Of Baku

Qəzza zolağında atəşkəs rejimi tətbiq olunur

Qəzza zolağında atəşkəs rejimi tətbiq olunur
# 21 noyabr 2012 19:47 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün İsrail vaxtı ilə 21.00-da (Bakı vaxtı ilə 23.00) Qəzza zolağında İsrail və Fələstin qruplaşmaları arasında atəş dayandırılır. APA-nın məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Məhəmməd Kamil Əmr amerikalı həmkarı Hillari Klintonla mətbuat konfransında bildirib.

 

Öz növbəsində Hillari Klinton ABŞ-ın Qəzza zolağında atəşin kəsilməsini alqışladığını bəyan edib. Dövlət katibi qeyd edib ki, ABŞ İsrailin təhlükəsizliyinin tərəfdarıdır və Qəzza zolağında fələstinlilərin şəraitinin yaxşılaşdırılması məqsədilə hərəkət edəcək. Eyni zamanda Klinton bildirib ki, İsrail-Fələstin münaqişəsinin birdəfəlik həll olunması variantının alternativi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR