Bank Of Baku

Qüdsdə İsrail-Fələstin danışıqları keçirilib

Qüdsdə İsrail-Fələstin danışıqları keçirilib
# 20 avqust 2013 17:58 (UTC +04:00)

Bakı-APA.  Avqustun 20-də Qüdsdə İsrail və Fələstin nümayəndə heyətləri arasında sülh danışıqlarının növbəti raundu baş tutub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin hakimiyyətinin nümayəndəsinin bəyanatında bildirilir.  

 

İsrail-Fələstin danışıqlarının bundan əvvəlki raundu avqustun 14-də tam məxfi şəraitdə keçirilib. Görüş iştirakçılarının sözlərinə görə, danışıqlar məzmununa görə çox “ciddi” olub.  Sülh prosesinin məxfiliyinə dair razılaşmaya sadiq qalaraq israillilər və fələstinlilər görüşlə bağlı şərh verməkdən boyun qaçırıblar. Hətta görüşün keçirildiyi məkan barədə belə konkret məlumat verilməyib.  Yalnız o məlumdur ki, danışıqlar Qüdsdə baş tutub.  

 

Qeyd edək ki, 2010-cu ildən dondurulmuş İsrail-Fələstin sülh danışıqları bir müddət əvvəl Vaşinqtonda bərpa olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR