Bank Of Baku

Rəfsəncani: “Dünya İranın nüvə silahı istehsal etmədiyini bilir”

Rəfsəncani: “Dünya İranın nüvə silahı istehsal etmədiyini bilir”
# 19 dekabr 2013 08:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Dünya ictimaiyyəti İranın macəraçı bir ölkə olmadığını yaxşı bilir. Bu baxımdan İran nüvə silahı istehsal etmədiyini deyəndə haqlıdır”.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani bildirib.

 

Onun sözlərinə görə, İranın ali dini lider də nüvə silahını haram sayıb: “Bu bir həqiqətdir və düşmənlərimiz də bunu getdikcə yaxşı anlayacaqlar. Ancaq düşmən düşməndir, cahil də cahildir”.

 

H.Rəfsəncani İran xalqını səbirli olmağa çağırıb: “Xalqımız bu günə qədər göstərdiyi səbri və ayıq-sayıqlığı sayəsində böyük addımlar atdı. Bundan sonra da Allahın lütflərindən faydalanması çox uzun sürməyəcək və problemlər həll ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR