Bank Of Baku

Rəfsəncani builki Həcc mərasiminə dəvət edilib

Rəfsəncani builki Həcc mərasiminə dəvət edilib
# 05 oktyabr 2013 09:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Səudiyyə Ərəbistanı kralı Malik Abdullah bin Əbdüləziz İran Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaniyə məktub göndərib.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı kralı məktubunda İranın eks-prezidentini builki həcc mərasimində iştirak etməyə dəvət edib.

 

Xəbər İran Məsləhət Şurası tərəfindən təsdiqlənsə də, H.Rəfsəncaninin Səudiyyə Ərəbistanına səfər edib-etməyəcəyinin dəqiqləşmədiyi bildirilib. İranın eks-prezidenti Səudiyyə Ərəbistanında sonuncu dəfə 2008-ci ilin mayında keçirilən beynəlxalq konfransda iştirak etmək üçün olub.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin iş qrafikinin sıxlığı səbəbindən builki Həcc mərasimində iştirak etməyəcəyi açıqlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR