APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə milli telekanalın efirində İran prezidenti Həsən Ruhani bəyan edib.
“Xalqın hüquqları və Ali liderin müəyyən etdiyi çərçivələr qorunub saxlanacaq”, deyə Ruhani vurğulayıb. “Biz uranı bu gün zənginləşdiririk və bunu sabah da edəcəyik. Bu bizim “qırmızı xəttimiz”dir”, deyə o əlavə edib. Ruhani qeyd edib ki, Tehran “tam razılıq əldə olunanadək danışıqları davam edəcək”.